Milli Onkologiya Mərkəzi

XX əsrin 30-cu illərin sonu  40-cı illərin əvvəlində bir daha aydın oldu ki, Azərbaycanda onkologiyanın inkişafına maneəçilik törədən əsas səbəblərdən biri bədxassəli şişlərin problemləri ilə məşğul olan ixtisaslaşdırılmış elmi-tibbi idarənin olmamasıdır. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Xalq Komissarları Soveti və Xalq Səhiyyə Komissarlığının 10 dekabr 1940-cı il 2928 saylı Qərarına əsasən Bakıda Azərbaycan Respublikası Elmi-Tədqiqat Rentgen-Radiologiya İnstitutu (ETRRİ) təşkil edilməlidir.

Elmi və praktiki onkologiyanın koordinasiyasında İnstitutun daim artmaqda olan rolunu nəzərə alıb, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ona xərçəngin öyrənilməsi sahəsində aparıcı elmi-tədqiqat idarəsinin funksiyasını həvalə etdi və ona görə 1988-ci ilin fevral ayında İnstitut Respublika Onkoloji Elmi Mərkəz (ROEM) adını almışdır.

1990-cı ilin mart ayından bu günədək Mərkəzə direktor vəzifəsinə RF TEA-nın akademiki C.Ə.Əliyev təyin edilmişdir. Respublika çərçivəsində süd vəzisi və ağciyər xərçənginin erkən diaqnostikası üzrə skrininq proqramları işlənib hazırlanır və həyata keçirilmişdir. Bu Respublikada qeyd edilən xəstəliklərin gecikmiş halda müraciətlərini həddən artıq azaltmışdır. Eləcədə süd vəzisi xərçəngi ilə xəstələrdə orqanqoruyucu əməliyyatlar daxil olmaqla kompleks müalicə və reabilitasiya metodları işlənib hazırlanmışdır.

MOM-da Respublika əhalisinin mütəşəkkil və qeyri-mütəşəkkil qruplarında kütləvi kompleks müayinə aparmaq üçün Səyyar Mobil Diaqnostik mərkəz yaradılmışdir ki, onun əsasını müasir tibbi texniki vəsaitlərlə  (USM, Rentgen, endoskopik, kliniki-biokimyəvi və morfoloji laboratoriya) və yüksək ixtisaslı həkimlər: mammoloq, ginekoloq, rentgenoloq və s. köməyi ilə kompleks müayinələr həyata keçirməklə əhalinin ucqar bölgələrindən olan hissəsini qisa bir müddətdir əhatə edərək, şişönü və şiş xəstəliklərinin erkən müayinədə aşkar edilərək daha dəqiq müayinə və müalicə üçün müvafiq tibb müəssisələrinə göndərilməsini tövsiyə edir.

Mərkəzin bazasında aspirantura fəaliyyət göstərir. Mərkəzdə 1993-cü ildən “onkologiya” və “şüa diaqnostikası, şüa terapiyası” ixtisasları və onlarla həmmərz olan ixtisaslarda namizədlik dissertasiyalarının müdafiəsi üzrə Dissertasiya şurası fəaliyyət göstərir. Mərkəzdə klinik ordinatura vasitəsi ilə Respublikanın praktik səhiyyəsi üçün daim ixtisaslaşmış kadrlar hazırlığı keçirilir. Onkologiya, şüa diaqnostikası və şüa terapiyası sahələrində çalışmağa qərara almış həkimlər burada internatura kursları keçirlər.

7 mart 2012- ci ildə Milli Onkologiya Mərkəzinin nəzdində  regionda birinci olan Uşaq onkoloji klinikası açılmışdır. Uşaq onkoloji mərkəzinin yaradılmasında Azərbaycan Respublikasının  birinci xanımı , Heydər Əliyev fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın  və Milli onkologiya mərkəzinin direktoru Əliyev Cəmil Əziz oğlunun böyük əməyi vardır. Hazırda Uşaq onkoloji mərkəzi regionda flaqmandır. İnstitutda  kompleks mülicənin bütün  növləri  mükəmməliklə icra edilir-kimyəvi terapiya, şüa terapiyası, cərrahi müalicə, immunoterapiya və s. Korpusda uşaq cərrahiyyə, uşaq kimyaterapiya, uşaq şüa terapiya və uşaq reanimasiya vıə anesteziologiya şöbələri fəaliyyət göstərir.

Mərkəzin ərazisində cərrahi bölmələr üçün nəzərdə tutulmuş yeni, müasir bir bina tikilib. Belə güclü maddi-texniki bazası olan korpusun yaradılması ölkəmizdə onkoloji xəstələrə göstərilən cərrahiyyə xidmətinin yaxşılaşmasına və daha da genişlənməsinə imkan verir. Mərkəzin direktoru akademik Cəmil Əliyevin səyi nəticəsində yüksək ixtisaslı cərrah-onkoloqlar cəlb edilib. Burada Rusiya, Türkiyə, Almaniya, Avstriya, İtaliya, ABŞ və digər ölkələrin tibb müəssisələrinin cərrahi  əməliyyatların həyata keçirilməsi qeyri-mümkün idi.  Ancaq yeni Cərrahiyyə korpusunun xalqımıza xidmət göstərdiyi bu 5 il ərzində tibb müəssisənin müasir təchizat səviyyəsi həm bu həm də digər cərrahi müdaxilələrin nəzərə çarpacaq dərəcədə artmasına imkan yaratmışdır.Bu korpus ən müasir tibbi avadanlıqla təchiz olunub.

2014-cü ildə isə Milli Onkologiya Mərkəzinin yeni müalicə korpusu istifadəyə verilib. Bu korpusda isə endoskopiya, invaziv diaqnostika , kimyaterapiya, ambulator kimyaterapiya, onkohematologiya şöbələri fəaliyyət göstərir.

2014-cü il Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində bəd xassəli şişlərin molekulyar onkologiya laboratoriyası yaradılmışdır.

Bu gün Milli Onkologiya Mərkəzi Azərbaycanda 650 çarpayılıq klinik bazası olan,  bədxassəli şişlərin etiopatogenezi, diaqnostikası, müalicəsi və profilaktikasına dair məsələlərin öyrənilməsi ilə məşğul olan böyük aparıcı ixtisaslaşmış elmi-tədqiqat müəssisədir.

2014-cü il 5 noyabr tarixində Milli Onkologiya Mərkəzində şüa müalicəsinin aparılması üçün ən müasir universal “TrueBeam™ STx” aparat sistemi quraşdırılmışdır. Qeyd etmək lazımdır ki, ABŞ-da istehsal olunan “TrueBeam™ STx” aparatı bədxassəli şişlərin şüa müalicəsi üçün ən müasir universal sistemdir. Bu sistem bədxassəli şişlərin müalicəsini bütün müasir metodlarla – 2 D, 3D distansion şüa müalicəsi, İMRT, rapidarc, stereotaktik radiocərrahiyyə və radioterapiya aparılmağa imkan verir. Rəqəmsal idarə sistemi ilə idarə olunan bu avadanlıq vasitəsilə hətta 3 mm ölçüdə şişləri müalicə etmək mümkündür.