Teymur Hüseynov, t.f.d.
Ali təhsili
Azərbaycan Dövlət Tibb İnstitutu, müalicə-profilaktika fakultəsi (1967-73-cü illərdə)
Diplomdan sonraki təhsil
Moskva şəhəri, Mərkəzi Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutu, məqsədli aspirantura (1979-1982-ci illərdə)
Elmi dərəcəsi
1984-cü ildə dissertasiya müdafiə etmişdir. Tibb üzrə fəlsəfə doktoru, ali kateqoriyalı həkimdir
İş təcrübəsi
Respublika Klinik Xəstəxanası, həkim anestezioloq-reanimatoloq (1973-1976-cı illərdə)
Moskvanın səhiyyə müəssisələrində həkim işləmişdir (1982-1984-ci illərdə)
Azərbaycan Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutu, həkim-ordinator, kiçik elmi işçi, baş elmi işçi (1976-1995-ci illərdə)
ABŞ-ın müxtəlif Beynəlxalq qeyri-hökumət təşkilatlarında işləmişdir (Relief İnternational, UMCORç Save the Childrenç ADRA)(1995-2010-cu illərdə)
İctimai Səhiyyə və İslahatlar Mərkəzində həkim - metodist işləyir (2010-cu ildən bu günədək)
BMT-nin Əhali Fondunun dəvəti ilə Özbəkistanda beynəlxalq ekspert qismində Özbəkistan Səhiyyə Nazirliyinin mütəxəssisləri üçün təlimlər aparmışdır (2012-2014-ci illərdə)
Elmi məqalələr
30-dan artıq, o cümlədən 2-si beynəlxalq jurnallarda nəşr olunmuş məqaləsi var.