Fizioloji hamiləliyi olan qadınlarda antenatal qulluq
Kurs haqqında
Antenatal qulluğun (doğuşaqədər nəzarət) məqsədi hamilə qadının və onun hələ doğulmamış körpəsinin sağlamlığının qorunması, ailəyə valideynliyə hazırlanmaqda kömək etməkdir.
Antenatal qulluğun keyfiyyəti gəlişlərin və aparılan profilaktik tədbirlərin sayı ilə deyil, göstərilən yardımın keyfiyyəti, hamilə qadının və onun ailə üzvlərinin hamiləliyin gedişi barədə məlumatlılığı, yaxınlarının hamiləyə fiziki, psixoloji, emosional və sosial dəstəyinin səviyyəsi, hamiləliyin gedişinə nəzarət və antenatal qulluq sisteminə müraciətin vaxtında olması ilə müəyyən olunur. Bu səbəbdən əsas rol məlumatı düzgün formalaşdırıb təqdim edə bilən, hamiləyə dərk edilmiş doğru seçim etməyə imkan verən təlim keçmiş tibb personalına ayrılır.
Hal-hazırda dünyada və respublikamızda ana və uşaq sağlamlığının qorunması məqsədilə bir sıra tədbirlər görülür. “Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə klinik protokol” əsasında hazırlanmış kursun da əsas məqsədi hamilə qadının bütün hamiləliyi boyu nəzarətdə saxlanılmasını və müayinə - müalicə planının təşkil olunmasını tibb işçilərinə düzgün formada çatdırmaqdır.
Kusun tərkibində hamilə qadının qadın məsləhətxanasına müraciətlərinin tövsiyə olunan sayı və hər müraciətdə edilməli müayinələr aydın şəkildə əks olunmuşdur.
Təqdim olunan kurs hamilə qadınlar üçün düzgün antenatal qulluğun təşkil olunması yolu ilə normal hamiləlik, doğuş və sağlam körpənin dünyaya gəlməsində tibb işçilərinə yardımçı vasitə ola bilər.
Kurs 4 həftə və hər həftədə 2 saat olmaqla davam edəcək. Kursun tərkibinə 4 mühazirə materialı, 1 power point təqdimat, mövzu ilə bağlı test sualları və digər faydalı materiallar daxildir.
Kursun qısa icmalı
Sertifikat verilmirArayış verilmir
Kursun müddəti: 4 dərs
Həftədə: 2 saat
Kursun dili: Azərbaycan dilində
İnstruktorlar
Vəfa Ağayeva - Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) |