Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM)

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Respublikada ictimai səhiyyə xidmətlərinin təşkili, səhiyyə proqramlarının işlənib hazırlanması və tətbiqi sahəsində əsas istiqamətlərin müəyyənləşdirilməsini, islahatların tibb müəssisələrində tənzimlənməsini, idarəetmə sisteminin təkmilləşdirilməsini, eləcə də səhiyyənin maliyyələşdirilməsi sahəsində islahatların aparılmasının metodik əsaslandırılmasını həyata keçirir.

İSİM

  • nazirliyin rəhbərliyi altında əhalinin sağlamlığının qorunması sahəsində öz səlahiyyətləri daxilində vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
  • ictimai səhiyyə xidmətlərinin təşkilini, səhiyyənin idarəetmə və maliyyələşdirilməsi sahəsində islahatların aparılması üzrə təkliflərin və metodik sənədlərin hazırlanmasını təmin edir;
  • səhiyyə qanunvericiliyinin müasir tələblərə və aparılan islahatlara uyğunlaşdırılması, tibb müəssisələrinin fəaliyyət mexanizminin müasirləşdirilməsi və tibb işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində təklifləri hazırlayır;
  • ilkin səhiyyə sahəsində islahatların aparılmasını, səhiyyə proqramlarının işlənib hazırlanması və yerinə yetirilməsi ilə bağlı məsələlərin həll edilməsini həyata keçirir;
  • müasir texnologiyaların səhiyyədə tətbiqini təşkil edir;

İSİM cəmi bir neçə ildir ki, fəaliyyət göstərdiyi üçün onun institusional inkişafı və əməkdaşlarının peşəkar təkmilləşdirilməsinə böyük diqqət yetirilir. Burada ictimai səhiyyə, tibb müəssisələrinin idarə edilməsi, səhiyyə iqtisadiyyatı, sübutlu təbabət, epidemiologiya və biostatistika, səhiyyə kommunikasiyası və s. mövzularda yerli və beynəlxalq aparıcı mütəxəssislərin iştirakı ilə daim təlimlər keçirilir. Dünya Bankı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Ümumdünya Səhiyyə Təşkilatı, UNICEF, Qlobal Fond və digər beynəlxalq təşkilatlar tərəfindən səhiyyə sahəsində həyata keçirilən layihələrdə İSİM-in iştirakı da onun əməkdaşlarının təcrübələrinin artmasına kömək edir.

İnstruktorlarımız