Məqsədimiz

"Həkimlər üçün E-təlim" portalı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı üzrə Fəaliyyət Planının 3.1.2. (Tibb mütəxəssislərinin bilik və bacarıqlarının daim artırılması üçün davamlı tibbi təhsil mexanizmlərinin işlənməsi) bəndinə əsasən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən yaradılıb.

"E-təlim" portalının əsas məqsədi ölkə həkimləri və digər tibb işçilərinin davamlı tibbi təhsil mexanizmlərinə çıxışının təmin edilməsidir