İradə Abbasova, t.f.d.

Ali təhsili

N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu, stomatologiya fakültəsi qırmızı diplomla bitirmişdir (1974-79 –cu illərdə)

16 saylı şəhər poliklinikası, internatura (1979-80-cı illərdə)

Elmi dərəcəsi

Tibb üzrə Fəlsəfə Doktoru, 15 fevral 2011-ci il

İş təcrübəsi

Ali dərəcəli həkim-stomatoloq (1996, Vəsiqə № 5)olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Stomatoloji Mərkəzində terapiya və paradontologiya şöbəsində çalışmışdır (1981-2000-ci illərdə)

2000-2001-ci illərdə Səudiyyə Ərəbistanı Krallığında,

2001-2003 – cü illərdə Bakı şəhəri 11 saylı stomatoloji klinikada,

2003-2004- cü illərdə Yəmən Ərəb Respublikasında,

2005-2008 – ci illərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Stomatoloji mərkəzində həkim-stomatoloq kimi işləmişdir.

2007- 2010 –cu illərdə Azərbaycan Beynəlxalq Universitetinin Stomatologiya fakültəsində Ortopedik stomatologiya üzrə müəllimlik fəaliyyəti göstərmişdir.

2011-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Tibbi Keyfiyyət Standartları şöbəsində həkim-metodist vəzifəsində çalışır.

Təlimlər və kurslar

Təkmilləşmə kursları: Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunda (1984, 1994, 2000, 2011); Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutu, Moskva, 1987

Sosial gigiyena və səhiyyənin təşkili ixtisası üzrə sertifikasiyasından keçmişdir: Sertifikasiya şəhadətnaməsi № AH018048 (12.10.2015 il)

Konfranslar

2003-cü ildə Moskva şəhərində keçirilən ümumdünya estetik stomatologiya üzrə konfransda iştirak etmişdir..

Elmi məqalələr

20 elmi əsərin (məqalələr və bir dərs vəsaiti) müəllifidir

Sonuncu elmi məqaləsi - On the practical importance of the concept of inner organs-dental relations in dentistry // Georgian Medical News: 2009, № 12, p. 19-23. Pubget: Abasova I. Importance of the concept of inner organs ...

pubget.com/search?q=authors%3A%22I%20Abasova%22

Elmi dərəcəsi

Tibb üzrə Fəlsəfə Doktoru, 15 fevral 2011-ci il