Afət Məmmədova
Ali təhsili
1981-ci ildə Daşkənd Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini bitirmiş və mama-ginekoloq ixtisasına yiyələnmişdir
Diplomdan sonraki təhsil
1981-1983-cü illərdə təyinatla Daşkənd və Sankt-Peterburq şəhərlərinin Elmi -Tədqiqat Onkologiya və Radiologiya İnstitutlarında onko-ginekologiya üzrə ixtisaslaşmışdır.
İş təcrübəsi
1984-1998-ci illərdə Gəncə şəhərinin doğuşayardım müəsissələrində mama-ginekoloq vəzifəsində və Tibb Kollecində işləmişdir.
14 ildən artıq müxtəlif beynəlxalq və yerli qeyri-hökumət təşkilatları (QHT) ilə birgə məşqçi, reproduktiv sağlamlıq üzrə ekspert, praktiki həkim kimi çalışmışdır.
Reproduktiv sağlamlığın və Perinatal qulluğun keyfiyyətinin yaxşılaşdırılması üzrə müxtəlif rayonlarda təlimlər və monitorinqlər aparmışdır.
Pilot səhiyyə layihələrin hazırlanmasında, keçirilməsində, monitorinqində və sorğularında iştirak etmişdir.
Təlimlər və kurslar
Effektiv Perinatal Xidmət, Ailə Planlaşdırılması, Mamalıqda Təxirəsalınmaz Yardım kimi çoxsaylı təlim kurslarında iştirak etmiş, o cümlədən Avropada, Türkiyədə ÜST və Lund Universiteti tərəfindən keçirilən “Seksual, reproduktiv sağlamlıq və hüquqlar” proqramı üzrə təkmilləşmişdir
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən Sertifikasiya Şəhadətnaməsi vardır