Reproduktiv sağlamlığın tədrisi və təşviqi
Kurs haqqında
Kursun təyinatı: orta məktəbdə işləyən biologiya və həyat bilgisi müəllimləri, habelə tibb işçiləri üçün nəzərdə tutulmuşdur.
Kursun müddəti: 3 həftəlik kurs çərçivəsində reproduktiv sağlamlıq, sağlam həyat tərzi, reproduktiv sistemin anatomik və fizioloji xüsusiyyətləri, yeniyetmələrin orqanizmində psixo – emosional dəyişikliklər, şəxsi gigiyena,zorakılıq və onun profilaktikası, riskli və zərərli davranışlar, cinsi davranışlar, erkən nigahlar və onların nəticələri, ailə planlaşdırılması və cinsi yolla yoluxan xəstəliklər haqqında məlumatlar veriləcək.
Hər həftəyə uyğun olaraq mövzunu əhatə edən mühazirə materialları və prezentasiyalar təqdim olunacaq. Həftənin sonunda mövzu üzrə test tapşırıqları veriləcək. Test tapşırıqları 10 testdən ibarət olacaq və onların 80%-nin düzgün cavablandırılması ilə növbəti həftəyə keçid imkanı əldə ediləcək. daha aşağı nəticə göstərənlərə isə həmin həftənin materiallarını yeniden öyrənmək imkanı veriləcək. 3 həftə üzrə cəmi 30 test tapşırığı olacaq və bu test tapşırıqlarının hamısını ən azı 80% düzgün cavablandıranlar uğurlu hesab olunacaq.
(3 həftə; 30 test; hər test 80% düzgün cavablandırılmalıdır)
Kursun məqsədi:
Reproduktiv sağlamlıq – fiziki, mənəvi və sosial rifah vəziyyətidir. Bu təkcə reproduktiv sistemlə onun funksiyası və problemləri ilə bağlı xəstəliklərin olmaması demək deyildir. Reproduktuv sağlamlıq nəsil artımı qabiliyyətinin olması və azad seçim deməkdir. Bu sağlamlığın təməli yeniyetmə dövründə yaranır və bütün həyat boyu qorunub-saxlanılır. Reproduktiv sağlamlıq həm ayrı-ayrı şəxslər, həm də bütövlükdə ailə üçün böyük əhəmiyyət kəsb edərək, cəmiyyətin və millətin sosial-iqtisadi inkişafının səviyyəsini xarakterizə edir. Reproduktiv sağlamlıq üzrə bilik və bacarıqlara yiyələnməklə yeniyetmələr sanitar, gigiyenik qaydalara əməl etmək, həyatın bütün nemətlərindən şüurlu surətdə bəhrələnmək, hər cür zərərli vərdişlərdən (siqaret çəkmək, alkoqol və narkotik maddələrdən istifadə) uzaqlaşmağı öyrənirlər. Onlar qida ilə sağlamlıq arasındakı qarşılıqlı əlaqələri və qidaların seçilməsində düzgün qərar verməyi bacarırlar. Gənclər beləliklə, reproduktiv sağlamlığın qorunması yollarını mənimsəyir, həm öz sağlamlıqları, həm də gələcək nəslin sağlamlığı üçün məsuliyyəti öz üzərinə götürmək bacarıqlarına yiyələnirlər. Gənclər müxtəlif parazitar infeksion və digər yoluxucu xəstəliklərdən qorunma vərdişləri qazanır, insanda immunodefisit virusu (İİV) vasitəsilə törənən QİÇS (Qazanılmış İmmun Çatışmazlığı sindromu) xəstəliyi barədə bilgilər alır, ondan qorunma yollarını öyrənirlər.
“Reproduktiv sağlamlığın tədrisi və təbliği” proqramı “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planının 6.6.3-cü bəndinə əsasən Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və “Ümidli Gələcək” Gənclər Təşkilatının birgə əməkdaşlığı ilə həyata keçirilir
Təlim kursunun keçirilməsində məqsəd gənc nəslin zərərli vərdişlərdən qorunması, yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı aparılan maarifləndirmə işlərinə töhfə verməkdir. Kursun iştirakçıları kurs ərzində “Reproduktiv sağlamlıq nədir?”, yeniyetmələrin cinsi davranışları, erkən nigahın fəsadları, ailə planlaşdırılması, yeniyetmələrin şəxsi gigiyena qaydalarına əməl etmələri barədə ətraflı məlumat alacaqlar.
Kursun vəzifələrinə həmçinin cinsi yolla yoluxan infeksiyalarla bağlı xəstələnmələrin və İİV ilə yoluxma tezliyinin azaldılması haqda iştirakçılara məlumat vermək daxildir.
Kursun qısa icmalı
sertfikat verilmirArayış verilmir
Kursun müddəti: 3 dərs
Həftədə: 3-4 saat
Kursun dili: Azərbaycan
İnstruktorlar
Vəfa Ağayeva - Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) |