Qeysəriyyə kəsiyi (QK) əməliyyatı



Kurs haqqında

Qeysəriyyə kəsiyi (QK) əməliyyatı – uşaqlıq üzərində kəsiyin aparılması ilə doğuşun abdominal yolla başa çatdırılmasıdır.

Müasir dövrdə bütün ölkələrdə QK əməliyyatlarının sayının artması qeyd olunur. Müxtəlif ölkələrdə bu, diri doğuşların 5%-dən 50%-ə qədərini təşkil edir. QK əməliyyatlarının sayının artması hesabına perinatal itkilərin azalması yalnız müəyyən həddə qədər mümkündür. ÜST-nin 2009-cu ilin tövsiyələrinə əsasən QK əməliyyatı doğuşların ümumi sayının 15%-dən yuxarı olduqda perinatal itkilərin azalmasına təsir göstərmir.

Kursun məqsədi qeysəriyyə kəsiyi əməliyyatının düzgün şəkildə aparılmasının tibb işçilərinə izah olunması yolu ilə ana və uşaq sağlamlığının qorunmasını təmin etməkdən ibarətdir.

Kurs materiallarında abdominal doğuşa əks-göstərişlər və QK əməliyyatına göstərişlər, QK əməliyyatının aparılmasının təcililik təsnifatı, QK əməliyyatının aparılması üçün zəruri şərtlər, QK əməliyyatından əvvəl hamilənin vəziyyətinin qiymətləndirilməsi, əməliyyata hazırlıq, anesteziya, qeysəriyyə kəsiyinin cərrahi texnikası, QK əməliyyatından sonra qulluq, QK əməliyyatının mümkün fəsadları kimi mövzulara toxunulur.

Kurs 4 həftə və hər həftədə 2 saat olmaqla davam edəcək. Kursun tərkibinə 4 mühazirə materialı, 2 təqdimat, mövzularla bağlı test sualları və digər faydalı materiallar daxildir.