Doğuşun induksiyası və stimulyasiyası



Kurs haqqında

Doğuşun induksiyası – doğuş fəaliyyəti spontan başlanmadığı halda onun süni olaraq yaradılmasıdır.

Doğuşun stimulyasiyası – doğuş fəaliyyətinin birincili və ya ikincili zəifliyi zamanı onun sürətləndirilməsidir.

Doğuşun induksiyası və stimulyasiyası üzrə klinik protokola əsasən hazırlanmış bu virtual təlim kursu doğuş fəaliyyətinin induksiyasına və ya stimulyasiyasına göstəriş olan hallarda müayinə, diaqnostika və aparılma taktikası barədə tam məlumatla təmin edilməsi, göstərilən üsulların səmərəliyinin qiymətləndirilməsi və praktik məsləhətlərin təklifi üzrə sübutlu təbabətə əsaslanan metodik tövsiyələrin tibb işçilərinə (mama-ginekoloqlar) verilməsi məqsədini daşıyır.

Kursun tərkibinə doğuşun induksiyasına göstərişlər, doğuşun stimulyasiyası, induksiya və stimulyasiyaya əks-göstərişlər, yetişməmiş uşaqlıq boynunun induksiyaya hazırlığı, uşaqlıq boynu hazır olduğu halda induksiya metodları, hiperstimulyasiya zamanı tədbirlər və digər mövzular daxil edilmişdir.

Kurs ümumilikdə 4 həftə və hər həftədə 2 saat olmaqla aparılır. Kursun daha aydın olması üçün 2 təqdimat hazırlanmışdır. Bundan əlavə kursu bitirdikdən sonra materialların mənimsənilməsini qiymətləndirmək üçün test suaları tərtib olunmuşdur.