Vaxtından əvvəl doğuşların idarə olunması
Kurs haqqında
28 həftəlik daxil olmaqla, vaxtından əvvəl doğuşların idarə olunması kursu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 fevral 2014-cü il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “22-28 həftəlik daxil olmaqla, vaxtından əvvəl doğuşların idarə olunması üzrə klinik protokol”a əsasən hazırlanmışdır. Kursun əsas məqsədi 22-28 həftəlik hamiləlik daxil olmaqla, vaxtından əvvəl doğuşların diaqnostika, müayinə və aparılma taktikası üzrə sübutlu təbabətə əsaslanan metodik tövsiyələrin verilməsidir.
ÜST-nin tərifinə görə vaxtından əvvəl doğuşlar hestasiyanın 37-ci tam həftəsinədək və ya axırıncı aybaşının birinci günündən 259 gün keçənədək baş verən bütün doğuşlardır. Vaxtından əvvəl doğuşların tezliyi inkişaf etmiş ölkələrdə hər 100 doğuşa 5-18 arasında tərəddüd edir. ÜST-nin 2010-cu il üzrə məlumatlarına əsasən Azərbaycanda vaxtından əvvəl doğuşların göstəricisi hər 100 doğuşa 8,5 təşkil edir.
Kursun tərkibinə vaxtından əvvəl doğuşların risk faktorları, vaxtından əvvəl doğuşların aparılması üçün tibb müəssisələrinin səviyyələri, vaxtından əvvəl doğuşların aparılma taktikası, döl qişalarının cırılması halında vaxtından əvvəl doğuşların aparılma taktikası, VƏD-nin profilaktikası və digər vacib mövzular daxil edilmişdir.
Kurs ümumilikdə 3 həftə və hər həftədə 2 saat olmaqla davam edəcək. Kursun tərkibində 1 power point təqdimat və nəticədə kursu hansı səviyyədə mənimsəməyinizi yoxlamaq üçün test sualları yer almışdır.
Kursun qısa icmalı
Sertifikat verilmirArayış verilmir
Kursun müddəti: 3 dərs
Həftədə: 2 saat
Kursun dili: Azərbaycan dilində
İnstruktorlar
Vəfa Ağayeva - Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) |