Təhsil müəssisələrinin tibb məntəqələrində çalışan tibb bacıları üçün tematik kurs



Kurs haqqında

Azərbaycanda uşaq və yeniyetmələrin sağlamlığının mühafizəsini dövlət öz üzərinə götürmüşdür və profilaktik səhiyyə sisteminin əsas bölməsidir. Uşaq və yeniyetmə orqanizmi həm əlverişli, həm də qeyri - əlverişli amillərin təsirinə məruz qalır. Çox ahəngdar və dəyişkəndir. Bir sıra xəstəliklər (hipertoniya, endokrin pozuntuları, yaxındangörmə, sinir, ruhi sferada dəyişikliklər, diabet, skalioz, qamətin pozulması və s.) uşaq yaşında başlanır və sonra uşaqların əmək qabiliyyətinin enməsinə və peşə qeyri-yararlığına səbəb ola bilər. Uşaq və yeniyetmələrin sağlamlığının qorunması, onların mühitin qeyri-əlverişli təsirindən mühafizə edilməsi və böyüyən orqanizmə müsbət amillərin təsirinin artırılması məqsədilə gənc nəslin sağlamlığı üzərində müntəzəm həkim müşahidəsi və tərbiyə-təhsil şəraiti üzərində müntəzəm nəzarət həyata keçirilir.

Təhsil müəssisələrində uşaqların sağlamlığını qorumaq üçün tibbi xidmətin təşkili Azərbaycan Respublıkasının Konstitusiyasına müvafiq olaraq, Nazirlər Kabinetinin  2010-cu il, 25 noyabr tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrində iaşə və tibb xidmətinin təşkili qaydası və normaları”na əsasən  nəzərdə tutulan qaydalarla tənzimlənir. Bu qaydalar uşaqlara pulsuz tibbi tibbi xidmətin göstərilməsi, xəstəliklərin profilaktikası, dispanser müşahidə, müalicə-sağlamlaşdırıcı tədbirlər, xroniki xəstəliklərin tibbi reabilitasiyası və s. tədbirləri əhatə edir.

2014-cü ildən etibarən Respublikamızda Sağlam Təhsil - sağlam Millət devizi ilə təhsildə sağlamlığı qoruyan rejim və texnologiyanın tətbiq olunduğu və daimi şagirdlərin sağlamlığının dinamikası üzərində monitorinq aparılan bir sistem tətbiq olunmağa başlamışdır. Bu sağlam təhsil sinifləridir. 2014-cü ildə 2500 şagirdin cəlb edildiyi monitorinqin nəticələrinə görə yuxarı sinif şagirdlərinin 45%-də görmə problemi aşkar edilmişdir.

Təqdim olunan kursda yuxarıda qeyd olunan və digər vacib məsələlərin hər birinə geniş yer ayrılmışdır.

Kurs 5 həftəni əhatə edir. Hər həftədə 4 mövzu və mövzuları əhatə edən  mühazirə materialları, power point təqdimatlar mövcuddur. Hər həftənin sonunda təqdim olunan test suallarından keçməklə materialları hansı səviyyədə mənimsədiyinizi öyrənə bilərsiniz.