Mamalıqda təkmilləşdirilmiş təxirəsalınmaz yardım



Kurs haqqında

Təqdim etdiyimiz kursdan keçməklə siz hamilə qadınlarda baş verə bilən ekstremal vəziyyətlərdə vaxtında və peşəkar tibbi yardımın göstərilməsi istiqamətində bilik və bacarıqlar əldə edə bilərsiniz. Eləcə də peşəkar tibbi yardımın göstərilməsi üçün səmərəli komanda işinin qurulması qaydalarına yiyələnəcəksiniz.

Bu kurs “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planının 3.2-ci bəndinə əsasən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM)  keçirilən təlim əsasında yaradılmışdır. Həmin təlim Amerika Ailə Həkimləri Akademiyasının "Advanced Life Support in Obstetrics" (ALSO) kursunun keçirilməsinə icazə lisenziyası əsasında aparılıb.

Kurs Hamiləlikdə birinci trimestr ağırlaşmaları, Hamiləliyin tibbi ağırlaşmaları, Hamiləliyin son dövrlərində vaginal qanaxmalar, Vaxtından əvvəl doğuş və dölyanı qişaların vatından əvvəl yırtılması, Dölün intranatal monitorinqi, Doğuşun distosiyası, Qeyri-normal döl gəlişi, Dölün qeyri-düzgün vəziyyətləri və çoxdöllü hamiləlik, Operativ vaginal doğuş, Çiyin distosiyası, Doğuşdan sonrakı qanaxma (Postpartum Qanaxma), Hamilə qadınların reanimasiyası və travma (o cümlədən dölyanı və ya amniotik maye embolisyası), Mamalıqda təhlükəsizlik, Mamalıqda təhlükəsizlik, Yenidoğulmuşların (neonatal) reanimasiyası, Doğuşla bağlı travma (travmatik doğuş) və ya faciəvi nəticələr kimi mövzuları əhatə edir.

Kurs 6 həftə və hər həftədə 2 saat olmaqla davam edəcək. Hər həftədə mühazirə materialları, təqdimatlar, mövzularla bağlı test sualları mövcuddur.