Səhiyyə iqtisadiyyatı və QİX-in iqtisadi yükü
Kurs haqqında
Hazırkı onlayn kurs Səhiyyə iqtisadiyyatı və QİX-in iqtisadi yükü mövzusunun öyrənilməsi üçün nəzərdə tutulur. 5 həftəlik kurs çərçivəsində İctimai Sağlamlıq, Qeyri-infeksion xəstəliklərin risk faktorlarının statistikası və təhlili, Qeyri-infeksion xəstəliklərə iqtisadi yanaşma, Dünyada və Azərbaycanda qeyri-infeksion xəstəliklərin yükü,qeyri-infeksion xəstəliklərin risk faktorları, təsnifatı ,statistik təhlili və profilaktikası, Səhiyyə iqtisadiyyatının əsasları haqqında məlumatlar veriləcəkdir.
İctimai sağlamlıq insanların sağlamlığını təmin edə bilən şəraitin yaradılması üçün yerli, milli və beynəlxalq resursların səfərbər edilməsi və birləşdirilməsi prosesidir.
Qeyri-infeksion xəstəliklər (QİX) xroniki gedişi və dərin ictimai-sosial mahiyyəti ilə xarakterizə edilən, yoluxucu olmayan xəstəliklər qrupuna aiddir. Bu xəstəliklər qrupuna dörd əsas patologiya ürək-damar xəstəlikləri,onkoloji xəstəliklər, xronik obstruktiv ağciyər xəstəlikləri, şəkərli diabet və həmçinin psixi sağlamlığın pozuntuları daxildir.
Səhiyyə iqtisadiyyatı, ölkə iqtisadiyyatında səhiyyənin yerini araşdıran,ictimai sağlamlığın qorunması üçün resursların səmərəli istifadə metodlarını öyrənən elmdir.
Auditoriya: səhiyyə təşkilatçıları (səhiyyə idarələrinin rəhbərləri və işçiləri, baş həkimlər, baş həkimlərin müavinləri, şöbə müdirləri, menecerlər, səhiyyə maliyyəçiləri), həkimlər, sosial gigiyena və səhiyyənin təşkili ixtisası üzrə rezidentlər, iqtisadçılar, iqtisadi və tibbi ixtisaslar üzrə təhsil alan tələbələr.
Kursun qısa icmalı
Sertifikat verilmirArayış verilmir
Kursun müddəti: 5 dərs
Həftədə: 1 saat
Kursun dili: Azərbaycan
İnstruktorlar
Elvina Əliyeva - Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) |