Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası
Kurs haqqında
Hamiləlik zamanı ciddi ağırlaşmalarla qarşılaşmış qadınlar arasında oxşar patoloji və subyektiv faktorlar mövcuddur. Bu halların bir qismi hamilə qadınların ölümü ilə nəticələnsə də, onların digər bir qismi ölümdən qurtulmuş olur.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən tövsiyə edilən “Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi”-nin praktikada tətbiqi tibb müəssisəsində mamalıq xidmətinin keyfiyyətini, ana ölümü və hamiləlik və doğuşdan sonrakı 42 gün ərzində qadınlar arasında xəstələnmə hallarının xüsusiyyətləri, eləcə də xəstələrin yönəldilməsi sisteminin fəaliyyətində güclü və zəif tərəflərin müəyyən edilməsinə imkan yaradır.
Azərbaycanda ana və uşaq sağlamlığının qorunması səhiyyənin prioritet istiqamətidir. Doğuşayardım xidmətinin təkmilləşdirilməsi sahəsində ciddi tədbirlər həyata keçirilib. Görülən tədbirlərin nəticəsi olaraq, Azərbaycanda ana və uşaq ölümünün səviyyəsinin əhəmiyyətli dərəcədə azalmasına nail olunub. Təqdim etdiyimiz kursun da əsas məqsədi tibb işçilərinin bu sahədə təkmilləşdirməklə ana və uşaq ölümünün səviyyəsinin azalmasına kömək etməkdir.
Kursun qısa icmalı
Sertifikat verilmirArayış verilmir
Kursun müddəti: 1 dərs
Həftədə: 2 saat
Kursun dili: Azərbaycan
İnstruktorlar
Teymur Hüseynov, t.f.d. - Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) |
Vəfa Ağayeva - Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) |