Onkoloji xəstələrdə fiziki aktivlik
Kurs haqqında
“Onkiloji xəstələrdə fiziki aktivlik” e-təlim kursu üçün hazırlanan məruzə Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın həyata keçirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 dekabr tarixli 1645 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın icrasını təmin etmək, eləcə də qeyri-infeksion xəstəliklərin qarşısının alınması, bu cür xəstələrə göstərilən tibbi yardımın yaxşılaşdırılması, keyfiyyətinin və səmərəsinin artırılması məqsədi ilə verilən əmr əsasında tərtib edilmişdir.
“Onkiloji xəstələrdə fiziki aktivlik” e-təlim kursu üçün hazırlanan məruzə “Onkoloji xəstələrdə fiziki aktivlik” üzrə klinik protokola (2014. – 44 səh.) əsaslanır. Bu klinik protokol ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən “Azərbaycanda Səhiyyənin Gücləndirilməsi” Layihəsinin dəstəyi ilə hazırlanmışdır.
Əksər onkoloji xəstələrdə normal bədən çəkisinin saxlanılması, residivlərin, eləcə də digər onkoloji və xroniki xəstəliklərin meydana çıxmasının qarşısının alınması ən önəmli məsələlərdən olduğu üçün bu məqsədlə onlara fiziki aktivliyə və sağlam qidalanmaya dair müvafiq tövsiyələr verilməlidir. Verilən tövsiyələr xərçəngin növü və qidalanma faktorlarından asılıdır. Fiziki aktivlik ümumi populyasiyada, o cümlədən onkoloji xəstələrdə ürək-damar xəstəliklərinin, şəkərli diabetin, osteoporozun profilaktikasında effektiv pozitiv təsirə malikdir. Onkoloji xəstələrə fiziki aktiv həyat tərzi tövsiyə olunmalıdır. Nəzərə alınmalıdır ki, fiziki aktivlik bütün onkoloji xəstələrə aid deyil, yalnız müəyyən xərçəng növlərində müsbət təsir göstərə bilər.
Kursun məqsədi onkoloji xəstələrin fiziki aktivliyi üzrə sübutlu təbabətə əsaslanan tövsiyələrin verilməsidir.
Kurs 2 həftə və hər həftədə 2 saat olmaqla davam edəcək. Kursun tərkibinə 2 mühazirə materialı, 1 power point təqdimat, mövzu ilə bağlı test sualları daxildir.
Kursun qısa icmalı
Sertifikat verilmirArayış verilmir
Kursun müddəti: 2 dərs
Həftədə: 2 saat
Kursun dili: Azərbaycan
İnstruktorlar
İradə Abbasova, t.f.d. - Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) |