Tütünçəkmədən imtina
Kurs haqqında
E-təlim kursunun hazırlanması tütün çəkən insanların səhhətində ağır nəticələrə gətirib çıxaran zərərli vərdişi tərgitməyə kömək göstərilməsi, tütünçəkmə nəticəsində insanlarda xəstələnmə hallarının, ağır fəsadların qarşısının alınması və beləliklə ölüm hallarının azaldılması, həyat keyfiyyətinin artırılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 07.03.2016-cü il tarixli 16 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət planının 4.2.Qeyri-infeksion xəstəliklərin qarşısının alınması və nəzarətinin, o cümlədən QİX-in risk amillərinə qarşı (tütünçəkmə, qeyri-sağlam qidalanma, fiziki fəallığın az olması, spirtli içkilərdən sui-istifadə və s.) əhali arasında sübutlu və səmərəli tədbirlərin həyata keçirilməsinin gücləndirilməsi əmrinə əsaslanır.
Kursun əsas məqsədi – ilkin tibbi - sanitariya yardımı müəssisələrində tütünçəkmənin profilaktikası və müalicəsində, həmçinin, tütünçəkmə ilə bağlı olan xəstəliklərin riskinin azaldılmasında tibbi yardımın göstərilməsi üçün geniş əhatəli (kompleks) yanaşmanın formalaşdırılmasıdır.
Tütün epidemiyası ictimai səhiyyə sahəsinin qarşısına çıxan ən böyük təhlükələrdən biridir. ÜST-nin hesablamalarına görə hər il tütünlə bağlı xəstəliklərdən təqribən 6 milyon insan vaxtından əvvəl dünyasını dəyişir və hazırkı tendensiya üzrə 2030-cu ilədək bu sayın hər il 8 milyonadək artacağı gözlənilir. Bu ölümlərin 80%-i inkişaf etmiş ölkələrdə olan insanlar arasında baş verəcək.
Tütündən asılılıq – çox zaman təkrar müdaxilə və tütünçəkmədən çoxsaylı imtina cəhdləri tələb edən xronik xəstəlikdir. Buna qarşı effektiv müalicə üsulları mövcuddur və bu kurs materiallarında xəstəliyin profilaktikası, diaqnostikası, müalicə üsulları barədə ətraflı məlumat almaq mümkündür.
Kursun qısa icmalı
Sertifikat verilmirArayış verilmir
Kursun müddəti: 3 dərs
Həftədə: 2 saat
Kursun dili: Azərbaycan
İnstruktorlar
İradə Abbasova, t.f.d. - Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) |