Ürək-damar xəstəliklərinin profilaktikası



Kurs haqqında

Bütün dünyada olduğu kimi Azərbaycan Respublikasında da ürək-damar xəstəlikləri (ÜDX) əhali arasında erkən yaşda yaranan ölüm hallarının əsas səbəbidir. Bu xəstəliklərlə bağlı əlilliyin baş verməsilə yanaşı əmək qabiliyyətinin itirilməsinin qarşısının alınmasında sübutlu təbabətə əsaslanan müəyyən profilaktik tədbirlərin görülməsi vacibliyilə bərabər müasir metodoloji tövsiyələrin verilməsi kurs materialında öz həllini tapıb.

E-təlim kursu: XBT-10 ÜZRƏ TƏSNİFAT-a əsaslanaraq əhali arasında tibbi baxışın keçirilməsi vacibliyini vurğulayır
Z00 Müəyyən edilmiş diaqnozu və şikayəti olmayan şəxslərin ümumi baxışı və müayinəsi
Z00.0 Ümumi tibbi baxış
Z03.4 Miokard infarktına şübhə olduqda müşahidə
Z03.5 Ürək-damar sisteminin digər xəstəliklərinə şübhə olduqda müşahidə
Z10 Müəyyən əhali qruplarının sağlamlığının ümumi rutin yoxlanması

Aterosklerotik mənşəli ÜDX, xüsusən ÜİX, bütün dünyada erkən yaşda ölümlərin əsas səbəbi olan xronik xəstəliklərdir. ÜDX əhali arasında əlilliyin və əmək qabiliyyətinin itirilməsinin aparıcı səbəbidir. ÜDX-nin inkişafı həyat tərzi, xüsusən tütünçəkmə, qidalanma, fiziki aktivlik, eləcə də psixo-sosial amillərlə sıx əlaqəlidir.