Ürək çatışmazlığı
Kurs haqqında
Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə mühazirə materialı eyni adlı protokola əsasən hazırlanıb.
Mühazirə materialı sübutlu təbabətə əsaslanaraq ürək çatışmazlığının (ÜÇ) diaqnostikasını və müalicəsini yaxşılaşdırmaqla bərabər həkimlərin bilik və bacarıqlarının artırılması istiqamətində tövsiyələrin verilməsi məqsədini daşıyır.
ÜÇ-nın gedişinin dəqiqliklə müəyyənləşdirilməsini klinik simptomların zahirə gec çıxması məhdudlaşdırır. Erkən göstəricilərinin aşkarlanması və müalicənin tez bir vaxtda başlanması çox vacibdir, çünki bu mərhələdə aparılan müalicə ÜÇ-dən baş verən ölüm hallarını azaldır.
Mühazirə materialı ÜÇ xəstəliyinin yaranma səbəblərini, diaqnostikasını, laborator müayinələri, aparılan müalicə barədə geniş məlumat təqdim edir.
Kursun qısa icmalı
Sertifikat verilmirArayış verilmir
Kursun müddəti: 2 dərs
Həftədə: 2 saat
Kursun dili: Azərbaycan
İnstruktorlar
İradə Abbasova, t.f.d. - Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) |