Məktəblilərin fiziki tərbiyəsi



Kurs haqqında

Məktəblilərin fiziki tərbiyəsi” təlim kursu “Sağlam Təhsil – Sağlam Millət” layihəsi çərçivəsində hazırlanmışdır. Layihənin məqsədi fiziki-psixi və mənəvi sağlam, yüksək təlim və yaradıcılıq nailiyyətlərinə malik, proqressiv və sağlam Azərbaycan vətandaşı yetişdirməkdir.

Kursun məqsədi – ümumtəhsil müəssisələrində təhsil alan 6-17 yaşlı sağlam uşaq və yeniyetmələrin fiziki tərbiyəsi üzrə fiziki fəallığa dair tövsiyələrin verilməsi ilə onların sağlamlığını qorumaq, inkişaflarına dəstək olmaq, fiziki fəallıqla bağlı xəstəliklərin profilaktikasını təmin etməkdir. Həmçinin, fiziki fəallığın təbliği vasitəsilə yeni nəsildə sağlam həyat tərzinin formalaşmasını əldə etməsi üçün fiziki tərbiyə dərsləri aparan müəllimlər daxil olmaqla təhsil müəssisələrinin bütün müəllimləri, həkimləri, tibb bacıları və həmçinin valideynlərin əsasən bu istiqamətdə maarifləndirilməsi məqsədini daşıyır.